Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


11.01.2019  18:46 

Çaylarda suyun səviyyəsi açıqlandı





A+  A-

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-110 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 135 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə ongünlük normanın 96 faizinə bərabərdir.

Yanvarın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 2, Salyan və Bankədə 3, Şirvanda isə 6 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Surra məntəqəsində 446, Şirvanda 333, Salyanda 308, Bankədə 262, Araz çayının Novruzlu məntəqəsində isə 173 santimetrə bərabərdir.

Xəbər 1279 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +