“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


16.11.2021  14:01 

Müavinət alanların sayı açıqlandı - Azərbaycanda





A+  A-

Bu il oktyabrın 1-nə olan məlumata görə, yaşa görə müavinət alanların sayı 111,9 min nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə 153,7 min nəfər, ailə başçısını itirməyə görə 48,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 55,2 min nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min nəfər olub.

XəzərNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 225 nəfər qəyyumuna aylıq müavinət verilib.

Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Cernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin və müddətli hərbi xidmət qulluqçularının 6,9 min ailəsinə 11,1 min uşaq üçün aylıq müavinət ödənilib. Bundan əlavə, 1255 nəfər bir yaşınadək uşağı olan 1224 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,4 min qadına 9,3 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 325 şəxsə isə kompensasiya verilib.

2021-ci ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 48,8 min ailəyə 49,8 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 4,7 min nəfərə birdəfəlik müavinət ödənilib.

2021-ci il oktyabrın 1-nə olan məlumata əsasən 52,5 min aztəminatlı ailənin 225,8 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 61,78 manat təşkil edib.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 298,1 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

Xəbər 1991 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +