Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


18.10.2017  10:06 

Prezident yol hərəkəti ilə bağlı sərəncam imzalayıb





A+  A-

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 795-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, sərəncamda Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və prezidentin aktlarının “Yol hərəkəti haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması tapşırılıb.

Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlailması və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verilməsi sərəncamda öz əksini tapıb.

Ədliyyə Nazirliyinin qarşısında isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” Qanununa uyğunlaşdırılmasını təmin etməsi vəzifəsi qoyulub.

Xəbər 1405 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +