Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı
Kurskda 8 rus əsgəri əsir götürülüb - Video
Zorlama və cinsi zorakılıqda ittiham olunur...
Bir ayda 1800-dən çox ailə dağılıb - Azərbaycanda
Keçmiş Baş prokuror və “əvəzolunmaz” müavini nə işlə məşğul olur?
Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ
Azər Rəşidoğlunun səhhəti ilə bağlı.... - MÜRACİƏT
“Mən bitərəf deyiləm, mövqeyim sülhdür“ - Modi


19.08.2023  21:09 

AMEA-nın alimləri kəşf olunan qalanı təkrar kəşf ediblər?





A+  A-

Bir neçə gün öncə ATV-də yayımlanmış Astaradakı Əlişah qalası ilə bağlı süjetin videosu bu gün (19.08.2023) sosial şəbəkədə qarşıma çıxdı. Bölgənin tədqiqi ilə həvəskar şəkildə məşğul olan və eyni zamanda "Astaranın tarix və mədəniyyət abidələri" kitabının (digər müəllif Nuranə Həmidova. B., 2022) müəllifi kimi yeni aşkarlanmış (?) qala haqqında məlumat əldə etmək mənim üçün böyük əhəmiyyət və maraq kəsb edirdi.

Əlişah qalasınının Astara rayonunun Alaşa kəndində aşkarlandığını (?) eşidən kimi "Sən saydığını say, gör fələk və ya AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji Abidələrin Toplusu Şöbəsi nə sayır" zərb məsəli yada düşdü.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşlarının yeni aşkarladığı qala haqqında yerli sakinlər, ətraf yaşayış məntəqələrinin sakinləri və bölgədə yaşayan tədqiqatçı-tarixçilər necə deyərlər ta bineyi-qədimdən məlumatlı idilər.

Divonkə (talış dilində "divlərin evi") qalasının Əlişah qalası (?) kimi adlandırılması sadəcə təəssüf hissi və təəccüb doğurur.

Qalanın yerləşdiyi kənd Azərbaycan dilində Alaşa, talış dilində isə Ələşo adlanır. Belə olduğu təqdirdə qala Əlişah deyil, öz adı ilə Divonkə qalası və ya Alaşa (Ələşo) qalası kimi təqdim olunmalı idi.

Kəndin və qalanın öz adını Əli adlı şahın (?) adından götürməsi, bu ərazidə orta əsrlərdə Əli adlı şahın olması görəsən ö,ünün elmi təsdiqini tapıbmı?

Sonda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji Abidələrin Toplusu Şöbəsinin əməkdaşlarının nəzərinə çatdırnaq istəyirəm ki, yeni aşkarladıqları Əlişah qalası (?) haqqında müxtəlif vaxtlarda çap olunmuş Gülnar Əsədlinin "Nura qərq olunmuş Astaram", Tufàn Axundovun "Astarada 20 gün", Aqşin Mistanlının (Əliyev) "Cənub bölgəsi abidələrinin ensiklopediyası", İldırım Şükürzadə və Nuranə Həmidovanın "Astaranın tarix və mədəniyyət abidələri" və digər kitablarda məlumat verilmişdir.

İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi




Xəbər 2709 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?

17.03.2025  11:30 

Prezident ONLARI qəbul etdi

17.03.2025  11:26 

Tramp sabah Putinlə danışacaq

17.03.2025  10:00 

Bu həftə 3 gün işləyəcəyik

16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +