İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı
Kurskda 8 rus əsgəri əsir götürülüb - Video
Zorlama və cinsi zorakılıqda ittiham olunur...
Bir ayda 1800-dən çox ailə dağılıb - Azərbaycanda
Keçmiş Baş prokuror və “əvəzolunmaz” müavini nə işlə məşğul olur?
Mövqelərimiz yenidən atəşə tutuldu - RƏSMİ


14.01.2019  19:36 

Azərbaycan vətəndaşları Ukraynadan deportasiya olundular





A+  A-

Ukraynaya səfər edən Azərbaycan vətəndaşları üzərlərində 400 ABŞ dollarından az vəsait olduqları üçün ölkə ərazisinə buraxılmayıblar, daha sonra isə 3 illik ölkəyə girişlərinə qadağa qoyularaq deportasiya olunublar.
XəzərNews.az xəbər verir ki, vətəndaşlardan 1986-cı il təvəllüdlü Məmmədov Elçin Ələsgər oğlu “Report”a bildirib ki, digər Azərbaycan vətəndaşı 1992-ci il təvəllüdlü Quliyev Kərəm İlham oğlu ilə birlikdə 2019-cu il yanvarın 8-də turist kimi Ukraynaya səfər edən zaman paytaxt Kiyevin “Juliana” hava limanında sərhəddən ölkəyə buraxılmayıblar.

Əvvəlcə onlardan üzərlərindəki nəğd vəsaitin miqdarı soruşulub: “Biz isə üzərimizdə nəğd 100 dollardan çox olmadığını, amma əvəzində kart hesabımızda vəsaitin olduğunu, eyni zamanda Kiyevdə bizi qarşılayacaq dostumuzun qonağı olduğumuzu bildirsək də bizə bu halda ölkəyə girişimizin qadağan olduğunu bildirdilər. Səbəb kimi isə üzərimizdə nəğd 400 ABŞ dollarından az pul olduğunu göstərdilər. Həmən an yanımızda eyni vəziyyətlə qarşılaşan Rusiya vətəndaşı olan daha bir azərbaycanlı da vardı və bizə hava limanının bir əməkdaşı yaxınlaşaraq məsələni həll etmək üçün başqa yollar təklif etdi. Rusiya vətəndaşı olan azərbaycanlı rus dilini yaxşı bildiyi üçün o, onlarla danışırdı. Ona biz də daxil sərhəd xidməti əməkdaşlarına rüşvət verməyimizi və məsələni belə həll edilməsini təklfi etdilər. Əvvəlcə ehtiyyat etsək də nəticədə əks halda təyyarə biletlərimizin batacağı qorxusunda əlacsız qalıb razılaşdıq. Amma qəflətən bir qrup polis gələrək həmin azərbaycanlını rüşvət təklif etməsi səbəbilə saxlayıb apardılar. Bizi isə pasportumuza peçat vuraraq 2022-ci ilə qədər Ukraynadan deportasiya etdilər”-deyə, Azərbaycan vətəndaşı bildirib.

Məsələ ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyindən “Report”un sorğusuna cavab olaraq bildiriblər ki, ölkənin Nazirlər Kabinetinin 4 dekabr 2013-cü il 884 nömrəli qərarı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Ukrayna ərazisinə daxil olduqda, ölkə ərazisində qaldıqda və yaxud ölkə ərazisində tranzit kimi istifadə etdikdə bu zaman həmin şəxslər kifayət qədər maliyyə təminatlarını təsdiq etmək məsuliyyəti daşıyırlar. Səfirlikdən eyni zamanda bildiriblər ki, konkret bu hadisə ilə bağlı da araşdırma aparıb, dəqiqləşdirəcəklər.

Xəbər 1258 dəfə oxunub.




18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?

17.03.2025  11:30 

Prezident ONLARI qəbul etdi

17.03.2025  11:26 

Tramp sabah Putinlə danışacaq


BÜTÜN XƏBƏRLƏR +