Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


10.02.2025  20:55 

Birləşmiş Ərəb Əmirliklərindən dəvət olunan həkim-mütəxəssis rezidentlərlə görüşüb





A+  A-

Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında təhsil alan həkim-rezidentlərin ixtisaslarına uyğun ilkin iş təcrübəsi qazanmaq həmçinin nəzəri biliklərinin daha da inkişaf etdirmək məqsədi ilə təşkil olunan növbəti “Yeniliklərdən Geri Qalma” həftəlik toplantısı baş tutub.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və TƏBİB Akademiyasının dəstəyi ilə keçirilən Məqalə saatında Klinikanın direktoru Barat Yusubov və Birləşmiş Ərəb Əmirlikləri, (BƏƏ) Körfəz Tibb Universitetinin (Gulf Medical University) tibb üzrə fəlsəfə doktoru Sabrin Ali Azim, tibb müəssisəsinin tibb və qeyri-tibb heyəti həmçinin həkim-rezidentlər iştirak ediblər.

Dr. Sabrin Ali Azim “Multidisiplinar yanaşma və kliniki hal (case report) təhlilinin hazırlanması” mövzusunda çıxışı edərək təcrübi biliklərlə yanaşı elmi araşdırmaların həkim-rezidentlərin təhsilində önəmini diqqətə çatdırıb.



Həkim-infeksionist Səxavət Xəlilli və həkim-revmatoloq Günel Əsgərovanın moderatorluğu və interaktiv şəkildə baş tutan “Məqalə saatı”nda həkim-rezident Aytac Ziyadlı və həkim-rezident Fərəh Qənbərova öz araşdırmalarını təqdim ediblər.

Qeyd edək ki, Terapiya şöbəsinin təşəbbüsü ilə hər həftə təşkil edilən tədbirdə təqdim edilən məqalələr ən yeni və hərkəsin asanlıqla əldə edə bilməyəcəyi mənbələrə istinad edilir. Multidisiplinar yanaşmaları inkişaf etdirmək eləcə də həkim-rezidentlərin araşdırmalarının böyük auditoriyaya çatdırmaq məqsədi ilə təşkil olunan tədbirdə digər tibb müəssisələrindən olan həkim-mütəxəssislərin iştirakı sərbəstdir.




Xəbər 2884 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +