Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu


23.03.2025  13:19 

“Yelo Bank“da çənə sındıran filial müdiri...





A+  A-

Xəbər verdiyimiz kimi, "Yelo Bank"ın Elmlər filialında filial müdiri müştərini döyərək çənəsini sındırıb.

Bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.

Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

"Müdir əvvəlcə müştəriyə "bas bayıra" deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?"- deyə vəkil qeyd edib.

İddialara görə,zərərçəkmiş Təbriz Quliyev adlı şəxsdir. Davanın baş verməsinə səbəb çənəsi sınan şəxsin filial müdirini söyməsi olub. Təbri Quliyev isə bunu təkzib edib./ Unikal.az



Xəbər 2220 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +