Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.02.2025  10:24 

Jurnalistlər Günel Məmmədhəsənovaya görə polis idarəsində təhqir olunur?





A+  A-

"Ölkənin baş şərabçısı Naiq Məmmədhəsənovun qızı "iş qadını" Günel Məmmədhəsənova öz atasını mal-mülk davasına görə məhkəməyə verib. Bunu da bir çox saytlar dərc edib. Sonradan Günel Məmmədhəsənova şəxsi əlaqələri vasitəsilə Binəqədi rayon Polis İdarəsinə müraciət edib ki, bəs mənim haqqımda saytlar məlumat dərc ediblər. Həmin yazını yazan əsas mənbə kimi həmin TV kanalını çağırıb Polis İdarəsində sındırıb.... və s. Hörmətli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, nə zamandan polis idarəsi "zakaznoy oddel" olub?"

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Arifə Əliyeva çıxış edib.

A.Əliyeva bildirib ki, bu "iş qadını" Günel hələ aylar öncə atası ilə arasında mal -mülk davasında bir neçə dəfə mənə zəng edib, orda mənə yaxın olan xanımla arasında baş verən münaqişələri bildirəndə cavabını kəskin şəkildə vermişdim:

"Görünür Günel xanım onu unuda bilməyib, öz çirkin dünyasına məni də alət etməyə çalışır".



Jurnalist xanım qeyd edib ki, artıq bir neçə gündür Binəqədi rayon Polis İdarəsindən onu bu tip məsələlərdə narahat edirlər:

"Qeyd edim ki, ora dəvət olunan jurnalistlər Günel Məmmədhəsənovanın qarşısında alçaldılıb təhrir edildikdən sonra, üzür istədilib yola salınır... Təsəvvür edin, bu məsələyə görə mənə zəng edən polislərdən biri şəxsi heyətlə iş üzrə köməkçi Orxan Dəmirçiyev olub. İndi sual edirəm: Hörmətli Daxili İşlər Nazirliyi, bu işlərin araşdırılmasında şəxsi heyətlə iş üzrə köməkçinin yaxından-uzaqdan nə əlaqəsi var?"

Xəbər 2024 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +