“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


14.09.2023  18:27 

Azərbaycan Bütövlük Platforması “Türk şəhidliyi” abidəsini ziyarət edib





A+  A-

Sentyabrın 14-də Azərbaycan Bütövlük Platformasının (ABP) nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

XəzərNews.az xəbər verir ki, abidənin önünə əklil və gül dəstələri qoyaraq Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın əziz xatirəsini yad ediblər.

ABP İdarə Heyətinin sədri Bəhram İsmayıl iştirakçılar qarşısında çıxış edərək Bakının və bütünlükdə Azərbaycanın azadlığı, xalqımızın müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini, sovet təbliğatının bütün cəhdlərinə baxmayaraq onların heç vaxt unudulmadığını qeyd edib: “O dönəmdə bolşevik maskası altındakı rus-erməni və diğər işğalçıların işğalı, zülmü altındakı doydaşlarımızın köməyinə gələn Türk-islam ordusu Nuru paşanın rəhbərliyi ilə Azərbaycanı müdafiə etməsi, xüsusən Gəncəni və Bakını azad etmələri əsl qəhrəmanlıq dastanıdır. Anadolu və Qafqaz igidlərinin qanlarıyla sulanmış bu torpaqlar eyni zamanda qardaşlıq xəmirini də yoğurub. Əziz şəhidlərimiz! Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da hüzurla yatın. Siz məqamın ən ucasına çatmısınız. Ruhunuz şad olsun!”

Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb.



Xəbər 2253 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +