“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


01.06.2020  10:21 

“Müəyyən riskləri nəzərə almalıyıq” - Elxan Məmmədov





A+  A-

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AÇ-2020 ilə bağlı danışıb.
XəzərNews.az xəbər verir ki, o, Rusiyanın “Matç TV” kanalına açıqlama verib:

Federasiya rəsmisi Bakının 2021-ci ildə keçiriləcək qitə çempionatına hazırlığından söz açıb: “Bizim hazırlığımız plan üzrə davam edirdi və 3 mərhələdən ibarət idi. Birinci planlaşdırma, hansı ki, bu martdan əvvəl başlamışdı. İkinci mərhələ isə bu planların həyata keçirilməsi idi. Üçünücü, artıq çempionatın başlanğıcıdır. Biz ikinci mərhələyə başlayanda UEFA turnirin təxirə salınması haqqında qərar qəbul etdi. Üstünlüyümüz odur ki, stadionumuz hər zaman hazırdır. 2021-ci ildə Bakı Olimpiya Stadionunda heç bir böyük turnir planlaşdırılmayıb. Ot örtüyünü yaxşı vəziyyətdə saxlamağa çalışırıq”.

Qurum rəsmisi Azərbaycan Premyer Liqasının davam etdirilməsinə də münasibət bildirib: “Biz futbolçuların koronavirus testindən keçirilməsi barədə təşəbbüs irəli sürdük. Bütün klublar bununla razılaşdı. Klubların məşqlər etmək üçün zamana ehtiyacı var. Müəyyən risklərin olduğunu nəzərə almalıyıq”.

Qeyd edək ki, 2021-ci ilin yayına təxirə salınan Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 2008 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +