“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


19.07.2019  12:32 

Bakı metrosu gücləndirilmiş rejimə keçir





A+  A-

İyulun 20-dən 28-dək Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə yarışların təşkilat komitəsi ilə müntəzəm əlaqəli fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-də bununla bağlı bütün müvafiq tədbirlər görülüb.
Bu haqda qurumun mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Şəhərdə keçirilən sosial-mədəni kütləvi tədbirlər zamanı "Bakı Metropoliteni" QSC-nin nəzərdə tutulmuş əməliyyat planı yarışların əhatə dairəsi, keçiriləcəyi məkanlar, həmçinin qonaqların hərəkət edəcəyi əsas istiqamətlər nəzərə alınmaqla tərtib olunaraq, qatarların hərəkətinin təşkili və sərnişin axınının tənzimlənməsinə cavabdeh olan bütün sahələrə müvafiq tapşırıqlar verilib.

Ümumən sərnişinlərin təhlükəsizliyi və rahatlığı məqsədilə metropoliten stansiyaları və elektrik deposu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək. Bu xüsusda əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub.

Yarışların sıx keçiriləcəyi məkanlara yaxın, şəhərin mərkəzi hissəsində yerləşən, həmçinin əsas sərnişin axını gözlənilən stansiyalarda növbətçilik cədvəlləri tərtib olunmaqla əlavə işçi personalın ayrılması planlaşdırılıb.

Yarışlar zamanı kütləviliyi ilə seçilən tədbirlər – açılış və bağlanış mərasimləri zamanı yerüstü ictimai sərnişindaşıma nəqliyyatı ilə sıx inteqrasiya olunmuş fəaliyyət planı da işlənilərək hazırlanıb.

Xəbər 1347 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +