Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...


08.02.2018  11:57 

Könül Xasıyevanın səhhəti pisləşib





A+  A-

Xalq artisti, xanəndə Könül Xasıyeva 2 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır. Çıxışlarının birində “Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu, mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, Vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun”- deyə bildirib.
XəzərNews.az bildirir ki, Modern.az saytı sənətçinin səhhəti ilə bağlı vəziyyəti öyrənmək üçün onunla əlaqə saxlayıb. Xalq artisti sistem altında olduğunu bildirib. Təəssüf ki, danışmaqda çətinlik çəkdiyi üçün müalicəsi ilə bağlı ətraflı məlumat ala bilmədik.

Qeyd edək ki, Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəkidə anadan olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986-1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olub. Xanəndə onurğa iflicindən əziyyət çəkir və hazırda müalicə alır. Aparıcı Hacı Nuran Hüseynovun “Həyat” Xeyriyyə Fondu muğam ifaçısının müalicəsinə dəstək olur.

Xəbər 1521 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +