Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


27.10.2022  10:05 

ANAR olmayan gün Yazıçılar Birliyi də olmayacaq!





A+  A-

ANAR-la Anmazlar arasında gedən mübarizədə yaxşı ki ANAR qalib gəldi. O seçildi. Yaradıcılığı, şəxsiyyəti, öz mövqeyi, üslubu ilə seçildiyi kimi.

Sevinirəm ki, Yazıçılar Birliyi daha bir möhlətə ANAR-ın sayəsində nüfuzlu, gərəkli olacaq. ANAR xətkeşdir, tərəzidir, çəki daşıdır. Ölçü vahididir. Bu isə ölçülənlərin, çəkilənlərin xoşuna gəlmir. Çünki təsəvvür etdiklərindən, yüngüldürlər, zənn etdiklərindən əyridirlər…

ANAR-a yuxarıdan aşağıya baxmaq istəyənlər bir qayda olaraq aşağldan yuxarıya baxmağa məcbur olurlar. Liliputları məhz bu qıcıqlandırır. ANAR MİLLİ DƏYƏRDİR. Sosial şəbəkələrdə küllənən ədəbi-bədii cüvəllağılar ANAR-ı tanımaya, daha doğrusu tanımaq istəməyə bilərlər. Onların əyyaş təfəkkürü, zövqsüzlüyü, savadsızlığı, Böyük Ədəbiyyatdan bixəbərliyi buna qadirdir.

Bəs doxsanıncı illərdə ANAR-ın SSRİ Xalq Deputatları Qurultayında Mixail Qorbaçovun üzünə Qarabağ mövzusunda ən sərt ittihamlar səsləndirdiyinin, Sovet İttifaqının, Avropanın ən nüfuzlu mətbuat orqanlarında Azərbaycanı necə ləyaqətlə təmsil etdiyinin, Qobustan qayalarının daş kitabələrindən “Qobustan” jurnalınadək, Mirzə Cəlilin irsindən “Molla Nəsrəddin-66”- dək, Dədə Qorqud dastanından “Dədə Qorqud” filminədək, Üzeyirbəy Hacıbəyli, Mirzə Fətəli Axundov, Hüseyn Cavid uğrunda etdiyi ədəbi fədakarlığadək bütün olmuşları xatırlamalı olan sklerozlar, riyakarlar, ikiüzlülər, qorxaqlar? Onlar niyə susurlar? ANAR-ı qoruya bilməyəcəklərsə, yaratdıqları düşük, fərsiz, qotur “ədəbiyyat” kimə lazımdır? Əgər bir zamanlar Ədəbi Vicdan adlandırdıqlarının 84 yaşına sevinməyəcəklərsə, onda bir-birinə niyə uzun ömür arzulayırlar?!

Bu gün Azərbaycan Ədəbiyyatının rəmzi məhz ANAR-dır. O Milli Ədəbiyyatda DÖVLƏT-in özüdür! Ona təpik atanlar isə ”küçə”, “qara güruh!” ANAR Yazıçılar Birliyindən daha artıqdır. Əslində Yazıçılar Birliyi heç yoxdur da:

…var ANAR Birliyi! ANAR olmayan gün Yazıçılar Birliyi də olmayacaq! Dua edək ki, olsun! Yazıçılar Birliyinin Olması naminə!

Bilirsiniz niyə ANAR-ı əvəz etmək olmur? Ona görə ki, o əvəzolunmazdır! O hətta yaşı ilə bağlı olaraq bəzən şux qamətli görünməsə belə, ən UCA yazıçımızdır! Başa düşürəm, ANAR-ın uzunömürlülüyü bəzilərini, xüsusilə “ədəbi-bədii” həşəratları əsəbiləşdirir. Onlara elə gəlir ki, ANAR getsə, onlar gələcək! Amma yanılırlar. Onlar gələcək deyil. ANAR-dır gələcək! Getsə də getməyəcək! Gələcək!!!

Ədəbi tullantılarla həyatımzı zibilləyənlərə gəlincə, onları külək sovuracaq, havaya qaldıracaq, aparıb çırpacaq Dostayevskinin Millerinin Çayxanasının divarına! Alçaldılmış və Təhqir edilmişlər tarixə yalnız belə həkk edilir!

Mirşahin Ağayev

Xəbər 939 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +