Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


23.12.2020  13:05 

Bu ölkədə koronavirusun daha bir növü aşkarlandı





A+  A-

Braziliyanın Rio-de-Janeyro əyalətində koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.
XəzərNews.az “Globo” qəzetinə istinadən xəbər verir ki, ümumilikdə 180 genomdan 38-ində mutasiya aşkarlanıb.

İngiltərədə aşkar olunan növ kimi, Braziliyada ortaya çıxan yeni ştammın bütün nümunələrində də S-proteinində “E484K” mutasiyası aşkarlanıb.

Jurnalistlərin versiyasına görə, yeni növ hələ iyul ayında qeydə alınıb, daha sonra isə onun izləri Rio-de-Janeyro əyalətinin müxtəlif şəhərlərində tapılıb.

İndiyə qədər mütəxəssislər yeni növün daha aqressiv və ya yoluxucu olduğuna dair heç bir dəlilə rastlamayıblar.

“Bu mutasiyanın artan təhlükə yaratdığına dair bir əsasımız yoxdur. Ancaq bu, virusun əyalət daxilində intensiv dövriyyəsini və sosial uzaqlaşdırma tədbirlərinin və nəzarətinin nə qədər vacib olduğunu göstərir”,- deyə mütəxəssislər bildiriblər.

Qeyd edək ki, Braziliyada ilk koronavirusa yoluxma faktı 2020-ci ilin fevralın 26-da qeydə alınıb. Hazırda bu ölkə yoluxanların sayına görə (7 318 821 nəfər) ABŞ və Hindistandan sonra üçüncü yerdədir.

Xəbər 2042 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +