Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


24.09.2018  18:23 

Piratlar 12 dənizçini girov götürdü





A+  A-

İsveçrəyə məxsus yük gəmisi “MV Glarus” Nigeriya sahillərində piratların hücumuna məruz qalıb.
XəzərNews.az xarici mətbuata istinadən xəbər verir ki, piratlar gəmini ələ keçirərək 19 heyət üzvündən 12-ni əsir götürüblər.

Onlar əsirlərlə bərabər gəmini tərk ediblər.

Şirkətdən əsir götürülən şəxslərin Ukrayna, Rumıniya, Xorvatiya, Bosniya, Filippin və Sloveniya vətəndaşları olduğu bildirilib. Rəhbərlik onların adlarının təhlükəsizlik məqsədi ilə verə açıqlanmayacağını bəyan edib.

Şirkətin nümayəndəsi Patrik Adamson AFP agentliyinə piratlarla bir başa əlaqənin olmadığını dilə gətirərək bunun adi bir hal olduğunu qeyd edib.

“Piratlar adətən ilk 48 saat ərzində əlaqəyə çıxmırlar. Ona görə də bizim heç bir məlumatımız yoxdur” – Adamson bildirib.

Hadisənin Bonni adasında 45 dəniz mili (83 km) aralıqda baş verdiyi qeyd edilib. Piratlar gəmiyə uzun nərdivanlar vasitəsi ilə daxil olaraq öncə gəminin rabitə avadanlıqlarını məhv ediblər. Daha sonra 12 nəfəri əsir götürərək gəmini tərk ediblər.

Gəminin Nigeriyanın iri şəhərlərindən Laqosdan Qvineya Körfəzindəki Port Harcourt-a taxıl daşıdığı məlum olub.

Xatırladaq ki, Nigeriya qaz nə neft yataqlarına görə Afrikanın ən böyük iqtisadi regionlarından biri sayılır. son zamanlarda isə gəmi səyahətlərinin artması nəticəsində piratçılıq da çoxalıb.

Qeyd edək ki, rəsmi məlumatlara görə tək 2017-ci ildə ən azı 60 nəfər Nigeriya sahillərində piratlar tərəfindən qaçırılıb.

Xəbər 1534 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +