Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


30.03.2025  21:55 

Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA





A+  A-

Bu gün ölkə məscidlərində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bayram namazında iştirak etməyib.

Teleqraf agentliyi Hətta məlumat yayıb ki, şeyxin mərasimdə iştirak etməməsi onun səhhətində problem yaranmasıyla bağlıdır.

XəzərNews.az xəbər verir ki, yayılan xəbərlə bağlı Şeyx “Unikal”a açıqlama verib.

Onun sözlərinə görə, səhhətində heç bir problem yoxdur:

“Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm.
Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb”, - deyə o qeyd edib.

Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib:

“Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm”.

Xəbər 2700 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +