Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


27.03.2025  12:31 

Norveç Ukraynaya 94 milyon dollar ayırır





A+  A-

Norveç ölkə əhalisinin, müəssisələrin və sənayenin adekvat qaz təchizatını təmin etmək üçün Ukraynaya qaz idxalını maliyyələşdirmək üçün əlavə 1 milyard NOK (94 milyon dollardan çox) vəsait ayırır.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə martın 26-da Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın dayanıqlılığı üçün daha təhlükəsiz enerji təchizatı vacibdir. Bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin keçən həftə Norveçə səfəri zamanı müzakirə olunan mövzulardan biri idi. Evləri, biznesləri və ictimai qurumları elektrik enerjisi və istiliklə təmin etmək üçün qaz idxalı üçün maliyyənin artırılmasına təcili ehtiyac var. Norveç bu ehtiyacı ödəmək üçün üzərinə düşəni edir", - deyə məlumatda bildirilir.

Açıqlamada deyilir ki, yeni maliyyə vəsaiti Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) vasitəsilə yönəldiləcək və Qərb mənbələrindən qaz almaq üçün istifadə olunacaq. Qazın alıcısı Ukraynanın dövlət şirkəti olan "Naftoqaz" olacaq. Maliyyələşdirmə Ukrayna üçün Nansen Dəstək Proqramı çərçivəsində təmin edilir və 2025-ci ildə Ukrayna üçün enerji sektorundan ayrılan vəsaitdən 1 milyard NOK ayrılır. Ümumi əməliyyat dəyəri 1,635 milyard NOK (təxminən 155 milyon dollar) təşkil edir.

Hökumətin məlumatına görə, əlavə maliyyə Norveçin Ukrayna üçün qaz alışına ümumi töhfəsini 2022-ci ildən 3,6 milyard NOK-a (341 milyon dollardan çox) qədər artıracaq.

Xəbər 787 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +