Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


25.07.2023  17:14 

“Onlar cinayətkar-separatçı bandanın əlində girovdur”





A+  A-

“Nikol Paşinyanın Qarabağla bağlı söylədiyi ehtimalların heç biri mənə inandırıcı görünmür. Nə indiki halda Rusiyanın gücü var ki, Qarabağı özünə birləşdirsin, nə Qarabağ ermənilərinin Rusiyaya qoşulmaq qərarını çıxarmaq halı var, nə də Azərbaycan Qarabağ ermənilərini etnik təmizləməyə məruz qoymaq fikrində deyil”.

XəzərNews.az xəbər verir ki, bu barədə Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə söyləyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında Qarabağın dağlıq hissəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə toxunub.

Z. Əlizadə əlavə edib ki, Azərbaycan Qarabağ ermənilərini reinteqrasiya prosesinə cəlb etmək istəyir, müxtəlif şirnikləndirici təkliflər hazırlayır, danışıqlara getmək niyyəti var, onları Bakıya dəvət edir və s. Onun fikrincə, bütün bunlar Qarabağ ermənilərinin özündən asılıdır:

“Onlar özləri öz talelərini seçiblər. Azərbaycan onları etnik təmizləməyə qoymaq fikrində deyil. Bu, bizə xeyr deyil, əksinə, böyük ziyandır”.

Analitikə görə, biz istəmirik ki, Qarabağ erməniləri köçsün:

“30-40 min adam bizə təhlükə ola bilər? Azərbaycanın ən kiçik rayonunun əhalisi o qədərdir. Fikrimcə, Nikol Paşinyanın xalqa deməyə başqa sözü qalmayıb deyə müxtəlif fərziyyələr səsləndirir. Əslində, həqiqət ondan ibarətdir ki, o, gərək açıq-aşkar deyəydi ki, Qarabağ erməniləri rus sülhməramlılarının və cinayətkar-separatçı bandanın əlində girovdur. Onu deməliydi, amma deyə bilmir, çünki həm Rusiyadan, həm də xəstə erməni cəmiyyətinin mühafizəkar hissəsindən asılıdır”.

Müsahibimiz onu da qeyd edib ki, Paşinyanın açıqlamalarında heç cür ziddiyyət görmür:

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması o demək deyil ki, Azərbaycan hakimiyyəti öz əhalisi ilə danışıq aparmamalıdır. Azərbaycan bu gün Qarabağ erməniləri ilə danışıqlar aparmaq istəyir, amma nə Rusiya sülhməramlıları, nə də Araikin dəstəsi sıravi ermənilərə imkan vermirlər”.

Xəbər 1000 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +