Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


23.09.2018  19:34 

Gürcüstanda bazarda kütləvi dava - 4 azərbaycanlı yaralandı





A+  A-

Gürcüstanın Telavi rayonunda bazarda dava düşüb.
XəzərNews.az “Rustavi 2”yə istinadən xəbər verir ki, 6 nəfər Vardisubani kənd sakini Qaracala kənd sakini olan azərbaycanlılara hücum ediblər.

Odlu silahın istifadə edildiyi davada 3 azərbaycanlı yaralanıb. 14 yaşlı bir yeniyetmə isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar dərhal rayon mərkəzindəki xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, dava bazarda mal-qaranın saxlanıldığı yer üstündə düşüb. Belə ki, 1 həftə öncə Vardisubani sakinləri Qaracala kənd sakinlərindən mal-qaranın bazarda onların yerindən çıxarılmasını tələb ediblər. Tələbə əməl olunmadığı üçün məsələni bu formada həll etmək qərarına gəliblər.

Qeyd edək ki, faktla bağlı cinayət açılıb, araşdırma aparılır.

Xəbər 1517 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +