Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


30.10.2017  17:39 

Bakıda oğrular tutuldu





A+  A-

Oktyabrın 28-də naməlum şəxsin Yasamal rayonu ərazisindəki MTK-lardan birindən naqil oğurlaması, bu zaman onu saxlamağa cəhd göstərərkən mühafizəçini bıçaqla hədələyərək hadisə yerindən qaçması barədə, həmçinin tikintisi başa çatmamış daha bir binadan kabel oğurluğu barədə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə məlumatlar daxil olub.
Bu barədə XəzərNews.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılaraq Polis Bölməsinə gətiriliblər.
Araşdırmalarla onların paytaxt sakini Həmid Ələkbərov və Sarıstan Özbəkzadə olduqları, dəfələrlə həmin kompleksdən və tikintisi başa çatmamış binadan oğurluq etdikləri məlum olub.

MTK-dan 5 kiloqram, tikintisi başa çatmamış binadan isə 2000 metr mis naqil oğurladıqlarını etiraf edən H.Ələkbərov və S.Özbəkzadə onları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən maddi sübutlar əlvan metal qəbulu məntəqələrindən götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Xəbər 1510 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +