Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


25.10.2017  08:52 

Qızı 5 nəfəri öldürən biznesmen - “1,5 milyon dollar ödəməyə hazıram”





A+  A-

Xəbər verdiyimiz kimi, 18 oktyabrda Ukraynanın Xarkov şəhərində 20 yaşlı Yelena Zayçevanın törətdiyi avtomobil qəzası nəticəsində 5 nəfər ölüb və daha 6 piyada yaralanıb.
XəzərNews.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Yelenanın biznesmen atası Vasili Zayçev ölənlərin və yaralananların ailələri ilə görüşüb, onların qarşısında diz çökərək qızını bağışlamalarını istəyib.

61 yaşlı iş adamı bildirib ki, zərər çəkənlərin ailələrinə ümumilikdə 1,5 milyon dollar yardım etməyə hazırdır:

“İnsanların ölümünə səbəb olan bu qəzaya görə mən və həyat yoldaşım çox kədərliyik. Üzüntümüzü sözlərlə ifadə edə bilmərik. Qızımızı bağışlamaları üçün zərər çəkənlərin ailələrinə yalvarırıq. Onlara bütün maddi dəstəyi göstərəcəyimizi bildiririk”.

V.Zayçev qəzaya görə sadəcə qızının məsuliyyət daşımadığını da deyib:

“Başqa bir avtomobil qızımın maşınını vurduğu üçün qəza bu qədər şiddətli olub. Məhkəmənin qəzaya görə iki nəfərin məsuliyyət daşıdığını nəzərə alacağına və buna uyğun cəza müəyyələndirəcəyinə ümid edirik. Ədalətli qərara hörmət göstərəcəyik”.

Qeyd edək ki, tibbi yoxlanış zamanı Yelena Zayçevanın qanında opiat aşkarlanıb. Narkotik maddənin təsiri altında qəza törədən biznesmen qızının 10 il azadlıqdan məhrum ediləcəyi bildirilir.

Xəbər 1510 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +