Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


25.06.2022  11:56 

Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - SİYAHI





A+  A-

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli XəzərNews.az-a bildirib ki, sabah, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

O qeyd edib ki, hərbi orkestr saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcək:

- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;

- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;

- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.

Tədbirin ikinci hissəsi isə həmin gün saat 19:00-dan 21:00-dək davam edəcək. Orkestrlər aşağıdakı ünvanlarda çıxışlar edəcəklər.

- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);

- AzNeft dairəsindəki bayraq meydanında;

- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);

- Zabitlər parkında;

- Koroğlu parkında;

- Fəvvarələr meydanında.

"Bununla əlaqədər olaraq qeyd olunan istiqamətlərdə şəxsi minik avtomobillərindən istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir", - DYP rəsmisi vurğulayıb.

Xəbər 1490 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +