Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


26.08.2020  18:43 

Azərbaycanda 75 məhkum cəza çəkməkdən azad edilib





A+  A-

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə 01.05.2020-ci il tarixli qanunla edilən çoxsaylı dəyişikliklər cəzanı icra edən müəssisə və orqanlar qarşısında mühüm vəzifələr qoyub. Müvafiq qanunun icrası və onun tətbiqi ilə əlaqədar ölkə başçısının 22 may 2020-ci il tarixli Fərmanında verilmiş tapşırıqların icrası məqsədilə Ədliyyə Naziri tərəfindən əhatəli əmr imzalanıb və burada konkret tədbirlər müəyyənləşdirilib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib.

Onun sözlərinə görə, həmin əmrin icrası ilə bağlı müvafiq Qanunun düzgün və mütəşəkkil təşkili, zəruri metodiki köməkliyin göstərilməsi məqsədilə Probasiya Xidmətində İşçi Qrup yaradılıb, yerlərə göstərişlər ünvanlanıb: "Qısa müddətdə Qanunun təsiri altına düşən şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi məqsədilə yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların şəxsi işlərinin, barələrində qəbul edilmiş hökmlərin diqqətlə öyrənilməsi təmin edilib. Bundan sonra hazırda cəza çəkən şəxslərin vəziyyəti yeni qanunla hər hansı şəkildə yaxşılaşdırılsa, həmin məsələlərə baxılması məqsədilə məhkəmələrə təqdimatlar verilməsinə başlanıb. 01 avqust 2020-ci il tarixinə yerli probasiya qurumları tərəfindən məhkəmələrə 230-dan çox təqdimat verilib, onlardan 84-ə baxılıb, 75 məhkum cəza çəkməkdən azad edilib".

Xəbər 2009 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +