Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


17.08.2020  08:41 

Türkiyə 30-dan çox dünya şəhərinə uçuşları bərpa edir





A+  A-

Koronavirus pandemiyası səbəbindən xarici uçuşlarını tədricən artıran “Türk Hava Yolları” aviaşirkətinin uçuşların bərpası ilə bağlı sentyabr ayına nəzərdə tutulan planı açıqlanıb.
XəzərNews.az “Haberler.com”a istinadən xəbər verir ki, plana əsasən şirkət sentyabrın 1-dən etibarən İranın Tehran, Şiraz, Təbriz və Məşhəd, Rusiyanın Krasnodar, Soçi və Kazan, Kanadanın Vankuver, Estoniyanın Tallin, Latviyanın Riqa, Gürcüstanın Batumi və Tbilisi, Vyetnamın Hanoy və Hoşimin, Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad, Əlcəzairin Konstantin və Oran, Əfqanıstanın Məzari-Şərif, İraqın Süleymaniyə, Hindistanın Mumbay və Dehli, İordaniyanın Amman, Türkmənistanın Aşqabad, Monqolustanın Ulan-Bator, Yunanıstanın Saloniki, Mərakeşin Fəs, Omanın Maskat, Nigeriyanın Abuca və Laqos, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi, Cənubi Afrikanın Keyptaun, Yohannesburq və Durban və dünyanın digər şəhərlərinə uçuşlar həyata keçirəcək.

“Türk Hava Yolları”ın açıqlamasında istifadə edilməyən biletlərin dəyişdirilməsi ilə bağlı şirkətin rəsmi internet səhifəsində ətraflı məlumatın verildiyi bildirilir.

Xəbər 1752 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +