Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


10.06.2020  12:10 

DİN-dən üzr məsələsi ilə bağlı - Açıqlama





A+  A-

Daxili İşlər Nazirliyi Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı qadına qarşı xoşagəlməz ifadələr işlədilməsi ilə bağlı həmin vətəndaşdan üzr istənilməsi məsələsi haqda daha bir açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov XəzərNews.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, hətta bəzi xəbər saytlarında belə başa düşülüb ki, guya polis Yasamal rayonundakı hadisə ilə bağlı bütün bina sakinlərindən və polisin üzərinə məişət əşyaları atanların hamısından üzr istəyib:

“Bu əsla belə deyil. Yalnız o ifadəyə görə həmin xanımdan üzr istənilib. Başqa heç kəsdən üzr istənilməyib, belə bir fikir də yoxdur. Çünki polis qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində davranıb və bütün hərəkətləri də qanunidir. Polis ictimai asayişi, karantin rejiminə nəzarəti həyata keçirir. Polis bütün hərəkətlərində tam haqlıdır. Sadəcə həmin ifadəyə görə vətəndaş Gülər Süleymanovadan üzr istənilib. Həmin ifadəni işlədən polis əməkdaşı da Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub”.

Qeyd edək ki, əməliyyat zamanı ÇPA əməkdaşı iki övladı saxlanılan Gülər Süleymanovaya “siz də, əriniz də dovşansınız” deyib.

Xəbər 1212 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +