Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


18.02.2019  13:07 

İqbal Ağazadə ona qarşı dələduzluq edəni bağışladı





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı dələduzluqda ittiham olunan Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim bildirib ki, zərərçəkmiş İ.Ağazadə ilə əlaqə saxlayıb.

Sabiq deputat özünün iştirakı olmadan məhkəmənin keçirilməsini, təqsirləndirilən şəxsə kömək olunmasını istəyib.

Hakim növbəti məhkəmə iclaslarında zərərçəkmişin məhkəməyə çağırılacağını deyib.

Məhkəmənin baxışı martın 1-ə təyin edilib.

İttihama görə, S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, S.Tağıyev daha əvvəl də eyni maddə ilə mühakimə olunub. O, 5 avqust 2015-ci il tarixdə Bayram Hüseynovun oğlu Ramin Hüseynlinin adına ipoteka fondundan 70 min manat kredit götürməyə kömək edəcəyini vəd verib və 4 min manat pul alıb.

Bundan başqa, S.Tağıyev 18 avqust 2015-ci il tarixdə İbrahim Cəbiyevə ipoteka fondundan 50 min manat kredit götürəcəyini vəd edərək, Abşeron rayonu Xırdalan şəhəri Dövlət Əmlak Agentliyinin inzibati binasında yerləşən ev alqı-satqı ofisində 10 min manat pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan S.Tağıyev apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində Cinayət Məcəssəsinin 70-ci maddəsi tətbiq edilib və azadlığa buraxılıb.

Xəbər 1374 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +