Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub


28.03.2017  11:02 

“İlin Dörd Fəsli“ MMC ilin 4 fəslini cəhənnəmə döndərib...





A+  A-

"Yeni Bakı" yaşayış məskənində məskunlaşan sakinlərin problemi bitmək bilmir. Problem işıqpulu yığılmasında edilən qanunsuzluqlardır. Şikayət edənlərin sözlərindən belə başa düşmək olur ki, yaşayış məskənində sanki "elektrik alveri" gedir.
XəzərNews.az bildirir ki, sakinlərdən bir neçəsi yaranmış problemlə bağlı Moderator.az -a müraciət ediblər. Dəfələrlə aidiyyatı qurumlara şikayətlərini bildirsələr də məsələyə baxan olmayıb. Bizə göndərilən şikayəti oxucuları olduğu kimi təqdim edirik:

"Görəsən, dövlət büdcəsindən 100 minlərlə vəsaiti mənimsəyən bu dələduzlar bu pulları kimlərlə bölüşür ki, əl-qollarını sallayaraq rahat gəzirlər?!

Söhbət "Yeni Bakı" yaşayış kompleksini inşa edən "İlin Dörd Fəsli" MMC-nin şəhərcikdə sakinlərdən yığdığı işıq pullarından gedir. Sakinlərdən yığılan bu pullar Azərişıq ASC-yə ödənmədiyindən hazırda 202 min manat məbləğində borc yaranıb və biz sakinlərin böyük narahatlığı yaranıb. Çünki bu tipli hadisələr digər MTK-lar tərəfindən də müxtəlif vaxtlarda sakinləri dövlət qurumları qarşısında borclu vəziyyətdə qoyaraq aradan çıxıb və nəticədə yaranmış borcu sakinlər ödəmək məcburiyyətində qalıb. Burada başqa bir sual da ortaya çıxır. Sakinlərin 2 manat borcu yaranan kimi şəhərcikdə qanunsuz idarəetmə həyata keçirən komendantlıq adlanan saxta qurum və onun işçiləri heç kimə aman vermədən işıqları söndürür və hətta kabelləri şaxtadan doğrayırlar. Belə olan halda niyə bəs Azərişıq baş verənlərə hələ də göz yumur və Şəhərcikdə mənzil sahiblərini fərdi abonent kimi tanımır və sakinləri qeyri-əhali kimi nəzərdə tutur??"

Xəbər 1984 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +