Putin bu məhsullarla fəxr edir...-30 dəfə artıb
Ramzan Kadırovun oğlu daha bir medalla təltif edildi
MTX-nin direktoru Bakıya gəldi
Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı


18.04.2018  08:46 

Mübahisə üstündə xəstəxanalıq oldu





A+  A-

Şabran rayon sakinini döyüb xəstəxanalıq etdilər.
XəzərNews.az “Sputnik”ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Şabran rayon Çıraqqala küçəsində yaşayan 28 yaşlı Muradov Rəşid Tahir oğlu dörd nəfər tərəfindən döyülərək xəstəxanalıq olub. Rəşid Muradovun sözlərinə görə, traktorla işdən gələn zaman görüb ki, yolun ortasında iki nəfər dayanıb və onlardan ona yol verməsini xahiş edib. Həmin şəxslər onu təhqir edərək traktoru evə qoyub qayıtmasını tələb ediblər.

Evə getdikdən sonra, yemək yeyən zaman Muradova zəng gəlib. Bir müddət əvvəl mübahisə etdiyi şəxslər ona qardaşının onların əlində olduğunu və çağırdıqları yerə gəlməyəcəyi təqdirdə qardaşını öldürəcəklərini deyiblər.

Muradov çağırılan yerə getdikdə 8 nəfərin onu əhatəyə aldığını, dördünün isə döydüyünü bildirib. Zərərçəkmiş bildirib ki, onu bıçaqlamaq istəyiblər və “başından vur ölsün” sözünü eşitdikdən sonra huşunu itirərək gözlərini xəstəxanada açıb.

Kəllə-beyin travması alan R.Muradov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbər 2948 dəfə oxunub.




19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +