Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


31.03.2024  09:38 

XİN bəyanat yayıb





A+  A-

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb.

Xəzərnews.az xəbər verir ki, bəyanatda deyilir:

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür.

Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar, qətliam qurbanlarının Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlığı, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın sözügedən qətliamlarda Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgərinin iştirakına dair etirafı, yerlə-yeksan edilmiş yaşayış məntəqələri və mədəniyyət abidələri qırğınların əsl mahiyyətini üzə çıxarıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra mart hadisələrinin tədqiq edilməsi, habelə cinayətkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb, Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub. Lakin AXC-nin süqutu, baş verən hadisələrin tam şəkildə araşdırılmasının, habelə mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq qoydu.

Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası, bu ölkənin Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə törədilən etnik təmizləmə və soyqırımı cinayətləri, 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda məskunlaşan mülki əhaliyə qarşı müharibə cinayətləri azərbaycanlılara qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərdi.

Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha baş verməsinin qarşısının alınması, cinayətkarların cəzasızlığına son qoyulması hazırkı postmünaqişə dövründə bölgədə sülh üçün yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu istiqamətdə, Ermənistanda yenidən revanşizmin baş qaldırmasına yol verilməməsi bu ölkənin rəhbərliyi ilə yanaşı, beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.



Xəbər 4926 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +