Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub
Biznes Universiteti bu VİDEOya görə linç edilir
Rafael Qetjiyə yenə məğlub oldu
Partizanlar Krımda yanacaq daşıyan qatarı vurdu
Xaçlar partlayış dalğalarına tab gətirə bilmir
Fuad Ələsgərov niyə görünmür?
Bu gün 58 min 732 şagird imtahan verəcək
Sabah iş günü olacaq?


13.03.2024  12:14 

“Ermənistan bizə 4 yox, 334 kənd qaytarmalıdır“





A+  A-

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın tələb etdiyi 4 kəndi qaytarmağın mümkün olmadığını bildirib.

O qeyd edib ki, Tavuş bölgəsindəki 4 kəndin qaytarılmasından söhbət belə gedə bilməz. Ermənistanın baş naziri həmçinin iki ölkə arasında delimitasiya prosesinin Tavuş bölgəsindən başlanmasını təklif edib.



Xəzərnews.az xəbər verir ki, Paşinyanın son açıqlamalarını Bakupost.az -a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfiqarov bildirib ki, Ermənistan 2018-ci ildən bəri bu cür həmlələrdən istifadə edir:
"Bu növbəti təxribat xarakterli addımlardan biridir. Buna ciddi yanaşmaq lazım deyil. Ermənistan belə variantlardan çox istifadə edib. Demək olar ki, onun bütün açıqlamaları bir-birinə zidd olub. Ümumiyyətlə, təkcə Paşinyanın deyil, bütövlükdə Ermənistanın bütün siyasi qurumlarının yetkil fikir və mövqeyi yoxdur".

T.Zülfüqarov qeyd edib ki, Sovet İttifaqının dağıldığı ilk vaxtlarda Alma-Ata bəyannaməsinin prinsiplərindən imtina edən Ermənistanın bu gün həmin sənədi əsas götürməyə haqqı çatmır:
"Ermənistanın bu imtinası qanuni şəkildə sənəd üzərində təsdiqlənib. Paşinyanın müxtəlif dövrlərdə keçirdiyi konfranslara nəzər salsaq, görərik ki, onun heç bir bəyanatı digəri ilə uyğun gəlmir. Əvvəlcə 1975-ci ilin xəritəsini əsas götürən Paşinyan sonradan heç yerdə olmayan rəqəmləri səsləndirirdi. Məsuliyyətsiz və reallıqdan uzaq bəyanatların məqsədi onun öz siyasi mövcudluğunun ömrünü uzatmaqdan başqa bir şey deyil".

Ermənistan Azərbaycana məxsus kəndləri geri qaytarmaqdan qəti şəkildə imtina edəcəyi təqdirdə iki ölkə arasında hərbi toqquşma baş verə bilərmi?
Bu suala cavabında Tofiq Zülfüqarov bildirib ki, iki dövlət arasında danışıqlar aparılmalı və Ermənistan kəndləri qaytarmalıdır:

"Hazırda Azərbaycan diplomatik baxımdan elə bir mövqe sərgiləyir ki, bu məsələ yalnız danışıqlar zamanı müzakirə olunmalıdır. Azərbaycanın tam hüququ var ki, bolşevik Rusiyası ölkəmizi işğal edərkən qüvvədə olan xəritələrin əsas götürülməsini tələb etsin. Əslinə baxılarsa, Ermənistan bizə 4 yox 334 kənd qaytarmalıdır".

Paşinyanın delimitasiya prosesinin Tavuşdan başlaması, kommunikasiyaların bu bölgədən keçməsi haqda təkliflərinə gəlincə, sabiq xarici işlər naziri bildirib ki, Ermənistan ilk növbədə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:

"Paşinyan yalnız bundan sonra yeni kommunikasiyalardan danışa bilər. İlk növbədə Zəngəzur dəhlizi açılmalı və bundan sonra iki dövlət danışıqlara getməlidir".

Xəbər 1301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +