İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


16.02.2024  12:34 

Biz də elektrikli avtobuslar istehsal edəcəyik





A+  A-

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Xəzərnews.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

"Agentlik "2022-2026-cı illərdə sosial iqtisadi inkişaf starategiyası"na uyğun olaraq "yaşıl enerji" üzrə transformasiya layihələri həyata keçirir. Bununla bağlı ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının elektrik enerjisinə olan tələbatının alternativ enerji mənbələri hesabına tam təmin edilməsi hədəflənir. Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq, alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək", - deyə o qeyd edib.

Seymur Adıgözəlov əlavə edib ki, bu hədəfin gələcəkdə digər sənaye zonalarında da, əsasən də Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulub: "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hazırda mobil şəhərcik (sosial zona) hissəsi günəş panellərindən istifadə edilməklə işıqlandırılır, sənaye parklarının rezidentlərinin istehlak etdiyi elektrik enerjisinin bir hissəsinin günəş enerjisi hesabına təmin olunması nəzərdə tutulub".

Xəbər 4812 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +