Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


26.12.2023  16:09 

“ASAN Xidmət”də tender qanunsuzluğu... - Nə baş verib?





A+  A-

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Xəzərnews.az xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 19 dekabr 2023-cü il tarixli 3-21-1/2-26600/2023 saylı məktubuna əsasən ləgv olunub.

Bildirilir ki, “ASAN Xidmət” mərkəzlərində mövcud olan fəvvarələrin saxlanılması üçün mal və materialların satın alınması məqsədi ilə keçirilən tender müsabiqəsi (Kotirovka sorğusu) zamanı “Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsinin tələbləri pozulub.

“Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsində qeyd olunur ki, tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər./Yeniavaz.com

Xəbər 1210 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +