“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


24.10.2022  20:17 

“Gender əsaslı zorakılığa məruz qalan şəxslərlə sosial işin təşkili” layihəsi yekunlaşıb





A+  A-

Sosial İş İctimai Birliyinin həyata keçirdiyi "Gender əsaslı zorakılığa məruz qalan şəxslərlə sosial işin təşkili" layihəsinin yekun konfransı keçirilib. Layihə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilib.

XəzərNews.az xəbər verir ki, konfransda Azərbaycan Sosial İş İctimai Birliyinin İdarə heyətinin üzvləri və həmtəsisçiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələri, sosial işin tədris olunduğu bir sıra universitetlərin tələbə və müəllim heyəti və gənclər iştirak edib.

Sosial İş İctimai Birliyinin icraçı direktor müavini Tural Mirzəyev layihənin əsas məqsədindən, gender əsaslı zorakılığa qarşı mübarizənin əhəmiyyətindən danışıb, layihənin bu mübarizədə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

Azərbaycan Sosial İş İctimai Birliyinin İdarə Heyətinin üzvü və həmtəsisçisi Amalya Sezgin çıxışında Birliyin yaradılmasının tarixi, Azərbaycanda sosial işin inkişafı barədə söhbət açıb və zorakılığın qarşısının alınması istiqamətində təşkilatın həyata keçirdiyi layihənin gedişatı barədə məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva zorakılığın həlli istiqamətində dövlət müəssisələrinin rolu, digər müəssisələrlə uşaq və gender zorakılığı mövzunda gələcək üçün nəzərdə tutulan layihələrdən və onların əhəmiyyətindən danışıb.

Ph.D. MSW.Vaşinqton Universitetinin Postdoktoral Tədqiqatçısı və eyni zamanda AZSİİB-in həmtəsisçisi Aytəkin Hüseynli öz nitqində zorakılığın diferensiasiyası, yerli və beynəlxalq təcrübədə sosial işçi və psixoloqların gender əsaslı zorakılıq hallarının qarşısının alınması üçün tətbiq etdiyi mexanizmlərə toxunub.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə qeyd edib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. T.Hüseynzadə ayrı-ayrı ölkələrin müqayisəli analizini təqdim edərək, davamlı gender bərabərsizliyi olan ölkələrdə yüksək yoxsulluq, aclıq, xəstəlik və digər çatışmazlıqların olduğunu vurğulayıb.

AQUPDK-nin Regional Mərkəzlərlə İş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova gender əsaslı zorakılıq və psixoloji yanaşmalar mövzusunda çıxış edib.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin Direktoru Sitarə Əhmədova mərkəzin fəaliyyətindən, zorakılığa məruz qalmış vətəndaşlarla aparılan sosial psixoloji reabilitasiyadan və bir neçə uğurlu işlərdən bəhs edib.

ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Müəssisələrlə İş Departamentinin müdir müavini Sara Ağayeva öz nitqində sosial işin peşə kimi önəmindən, sosial işçinin müvafiq praktiki bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışıb.

Konfransın sonunda Azərbaycan Sosial İş İctimai Birliyinin İcraçı direktoru Sənan Ağayev layihənin gedişatı barədə öz fikirlərini bölüşüb.

Sonda Birliyin Gəncə və Sumqayıtda apardığı təlimlərin video-çarxı iştirakçılara təqdim olunub.

Xəbər 1149 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +