“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel
İsrail Yəmən və Qəzza zolağından hücum edib
Ukrayna Rusiya ilə tam atəşkəs ideyasını dəstəkləyir - Səfir
“TikTok“er 10 sutkalıq həbs olundu
Elnarə Abdullayevanın 4 milyona tikdirdiyi villası - VİDEO
Neftin qiyməti bəlli oldu


25.05.2021  17:34 

“1 manatlıq“ taksilər yığışdırılacaq - RƏSMİ





A+  A-

"Yol polisi təhlükəsizliyin təmin edilməsi istiqamətində funksional vəzifəsini yerinə yetirir. "1 manatlıq" taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir. Bu, sadəcə DYP-nin üzərinə düşən iş deyil, digər qurumlar da kompleks tədbirləri həyata keçirməlidir. Məsələni kökündən həll etmək üçün həmin istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq lazımdır".
XəzərNews.az redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Qanunsuz olaraq fəaliyyət göstərən taksilər və mikroavtobuslardan danışan polkovnik bildirib ki, problemlərin aradan qaldırılması üçün ilkin olaraq təbliğat aparılır:

"20 yanvar" adlandırılan ərazidə və "Koroğlu" metro stansiyasının yaxınlığında "1 manatlıq" taksi kimi tanınan və ya qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri arasında təbliğat apardıq. Dəfələrlə onlara müraciət etdik, bildirdik ki, bunların hamısı qanunun pozulmasıdır. Ərazidə polis olanda vətəndaşlar gizlənirlər, polis əməkdaşları uzaqlaşdıqda yenidən üzə çıxırlar.

Bir daha vətəndaşlara müraciət edirəm ki, çalışın BNA-nın təyin etdiyi marşrutlarla hərək edəsiniz. Bu marşrutlar üzrə təyin edilmiş avtobuslara minin, onlar hamısı nəzarətdədir"

V.Əsədov "28 may" metro stansiyasının qarşısında toplaşan mikroavtobuslar, eləcə də dayanan taksilərin digər nəqliyyat vasitələrinin hərəkətinə manəçilik törətmələrindən də danışıb:

"Bakı şəhəri üzrə yol hadisələrinin aşağı düşməsi bunu deməyə əsas verir ki, qeyd olunan istiqamətdə xidmət edən əməkdaşlarımız nəzarəti gücləndirib. Vurğuladığınız məsələ bizə göstərdi ki, gücləndirilmiş iş saatı ilə xidmət etməliyik. Əlaqəli əməkdaşlar da öz qayğısını burada əsirgəməməlidir. Hər işi yol polisinin üzərinə atmağın özü də ədalətsizlikdir".

Xatırladaq ki, ötən gün Xəzər rayonunda ağır yol qəzası baş verib. Nəticədə 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlər alıb. Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi deyilir.

Xəbər 1731 dəfə oxunub.



25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...


BÜTÜN XƏBƏRLƏR +