İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


13.09.2021  12:15 

Ramin Hacılı həbsxanada 8 gündür aclıq edir





A+  A-

Azərbaycan Avropa Hərəkatının sədri, aktivist Ramin Hacılı həbsxanada başlatdığı aclıq aksiyasını 8 gündür davam etdirir. Hazırda vəziyyəti ağırdır.
XəzərNews.az bildirir ki, bu barədə Bakupost.az -a onun anası Hürü Hacıyeva məlumat verib.

“Həbsxanadan mənə Raminin səhhəti bağlı heç bir məlumat vermirlər. Həkim nəzarətində olub-olmamasından xəbərsizəm. Amma indi vəkili ilə danışdım. Dedi ki, aclığı davam etdirir, vəziyyəti daha da ağırlaşıb. Sabah məhkəməsi var. Məhkəmədə onu görəcəyəm”.

H.Hacıyeva oğlunun həbsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmək istəyir:
“Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan oğlumun həbsdən azad edilməsini xahiş edəcəm. Bununla bağlı Prezident Adminstrasiyasına qəbula getdim, amma pandemiya ilə bağlı qəbul dayandırılıb”.
Qeyd edək ki, Ramin Hacılı bir neçə gün öncə quru ölüm aclığına başlaması ilə bağlı müraciət yayıb:

“Mən özümü tamamən günahsız hesab etdiyimdən və iş materiallarından özümə qarşı ən ağır formada haqsızlıq olduğundan, paralel olaraq prokurorluğun apellyasiya müraciəti ilə daha dörd il həbs olunmağıma çalışması həyatımın təhlükə altında olduğundan xəbər verir. İstintaq hər kəsə deyir ki, bu iş Prezidentin nəzarəti altındadır. Bunu deməklə hansı məqsəd güddükləri gün kimi aydındır”.
Baş Prokurorluq bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onun barəsində məhkəmənin qərarı ilə bu il iyulun 10-da həbs qətimkan tədbiri seçilib.

Xəbər 1917 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +