Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu


28.03.2024  18:55 

Naxçıvanda saxta zeytun yağları satışdan çıxarıldı





A+  A-

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və etiketlənməsi, idxal sağlamlıq aktı və müvafiq müşaiyətedici sənədlərinin olmaması bu məhsulların həqiqiliyi və mənşəyi barədə əsaslı şübhələr yaradıb.

Xəzərnews.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq agentlik tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Belə ki, muxtar respublikada fəaliyyət göstərən 1 topdansatış anbarında 145, 40 pərakəndə satış mağazasında isə 196 ədəd olmaqla, ümumilikdə, satışda olan 341 ədəd 5 ltirlik qablaşdırmada “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının toxunulmaması təmin edilərək dövriyyəsi dayandırılıb. Adıçəkilən məhsullardan sınaq məqsədilə 3 ədəd nümunə seçilərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq nəticələrinə əsasən? hər üç yağ nümunəsinin keyfiyyət göstəricilərində bir sıra uyğunsuzluqlar aşkar edilib. Bundan əlavə? yağ-turşu tərkibi üzrə əldə olunan müayinə nəticələrinə əsasən məhsulun təmiz zeytun yağı deyil, bitki mənşəli yağ qarışığından ibarət olduğu müəyyənləşib.

İnsanların həyat və sağlamlığı baxımından vəziyyətin ciddiliyini nəzərə alaraq agentlik tərəfindən müvafiq tədbirlər görülüb. Belə ki, 338 ədəd 5 litrlik qablaşdırmada (1690 litr) “Saklıvadi” əmtəə nişanlı saxta zeytun yağlarının məhvi barədə qərar qəbul edilib və martın 28-də proses həyata keçirilib.

Xəbər 1277 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +