Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


05.12.2022  10:12 

Bakıda qar yağacaq? - AÇIQLAMA





A+  A-

Azərbaycanın bəzi yerlərinə 9 -11 santimetr qar yağıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunmaqdadır.

"Bəzi yerlərdə yağış, dağlıq ərazilərə isə qar yağıb. Dekabrın 5-i gün ərzində, 6-sı və 7-sində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında arabir yağıntı, mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq.

Bölgələrdə bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağışın intensivləşəcəyi ehtimal olunur. Aran rayonlarında 5-9 dərəcə isti, dağlarda isə 3-8 dərəcə şaxta olacaq", - G. Məmmədova deyib.

XəzərNews.az

Xəbər 878 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +