Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


16.01.2023  14:01 

“İmkan vermədilər Vasif müəllimlə görüşəm”





A+  A-

Bir neçə gün bundan əvvəl “Flaminqo” restoranının icraçı direktoru olmuş Ələkbərov Nizami Azinforum.az-a verdiyi eksklüziv müsahibədə 2009-cu ildə restoranın Naxçıvan Daxili İşlər Naziri Əhməd Əhmədovun göstərişi ilə necə ələ keçirildiyinin tam mexanizmini açıqlayıb.

Restoran hazırda tanınmış iş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan – İsfəndiyar Axundovun mülkiyyətindədir. Nizami Ələkbərov müsahibəsində İsfəndiyar Axundovla bağlı sensasion fikirlər səsləndirib. iş adamı mətbuata verdiyi videomüsahibədə restoranı 7 milyona aldığını, pulun bir hissəsini əmlak, qalanını nağd şəkildə ödədiyini təsdiqləyib.O, həmçinin pulun 2 milyonunu onun yanında Naxçıvan Daxili İşlər Nazirliyinin Qasım adlı əməkdaşına restoranın əsl sahibi Cəmil müəllimin girovluqdan azad edilməsi üçün ödəndiyini etiraf edib.

XəzərNews.az Manset.az-a istinadən xəbər verir ki, mediada belə iddilar səslənirdi ki, “Şərurlu İsfəndiyar” kimi tanınan – İsfəndiyar Axundova “Flaminqo” restoranını satın alınması ilə bağlı bilavasitə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov zəng edərək tapşırıq verib. Məşhur iş adamı “Şərurlu İsfəndiyar” saytımıza açıqlamasında bu iddiaları təkzib etsə də, sonra Qasım adlı bacanağının ona vasitəçi kimi göndərildiyini bildirib.

“Mənə Vasif Talıbov zəng etməyib. Restoranın təklifini mənə vaistəçi kimi bacanağım Qasım gətirib. Əvvəlcə almaq istəmədim. Sonradan danışıqlarla gördüm ki şərtlər də uyğundu. Faktiki bununla bağlı yanıma gələnlər var. Həmin vaxta mən heç vaxt Vasif Talıbovla görüşməmişəm. Bir dəfə Naxçıvanda idim. Orda yeni binalar tikilmişdi, Vasif Talıbov da gəlirdi onun açılışına. Mən həmin vaxt istədim görüşəm, mənə dedilər protokolda kim varsa, ancaq o görüşə bilər. İmkan vermədilər Vasif müəllimlə görüşəm. Ondan sonra da Vasif Talıbovla heç vaxt nə görüşmək, nə də telefon danışım olmayıb.”

Xəbər 1032 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +