Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


25.10.2022  12:27 

“Hər bayramdan-bayrama ətin qiyməti qalxır“ - Deputat





A+  A-

"Zəhmətkeş kəndli zülm çəkir, məhsul istehsal edir, lakin "alverlə" məşğul olanlar onun məhsulunu qəpik-quruşa alır, od qiymətinə marketlərdə, bazarlarda satır. Bu məsələlərin qarşısını almalıyıq ki, zülm çəkib məhsulu istehsal edən kəndli daha çox xeyir götürsün".

XəzərNews.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a millət vəkili Elman Məmmədov market və bazarlarda kənd təsərrüfatı məhsullarının baha qiymətə satılmasına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsal edən kəndli, fermer xeyir götürə bilmir, pulu bazar dəllalları, fürsətçilər qazanır:

"Azərbaycanda qiymətlərə nəzarət olmalı və artmasının qarşısı alınmaldır. Düzdür, elə məhsullar var ki, biz onları idxal edirik və dünya bazarlarında olan qiymətlərlə hesablaşmaq məcburiyyətindəyik. Lakin elə məhsullar var ki, onların istehsalı özümüzdədir, hətta onları ixrac da edirik. Məqsədəuyğun olar ki, qiymətlərin artımının qarşısını ala bilək. Büdcə qəbul olunanda maaş, pensiya, minimum əmək haqqında, istehlak səbətində də artım gözlənilir. Eyni zamanda Azərbaycandan asılı olmayan qiymət artımları ilə ayaqlaşmaq, əhalinin ehtiyaclarını ödəmək üçün təbii ki, vaxtaşırı maaşların, pensiyaların, təqaüdlərin artırılması zərurəti meydana çıxır. Düşünürəm ki, bu məqsədəuyğun hesab olunmalıdır. Çünki indi hər birimizin bazarla əlaqəsi var və qiymətləri də görürük. Bu heç kimdə razılıq hissilə qarşılana bilməz. Hər bir vətəndaşımız bu qiymət artımlarından narazı qalır. Əvvəllər qarşıdan bayram gələndə hamı sevinirdi. İndi qarşıdan bayramlar gələndə hamının qorxu bürüyür ki, qiymətlər yenə artacaq. Yəni, hər bayramdan-bayrama ətin qiyməti qalxır. Daha sonra hamı gözləyir ki, qiymətlər azalacaq, lakin heç bir azalma olmur. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır".

Xəbər 1167 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +