Məşhur kosmetoloq plagiatda günahlandırıldı
İlham Səlimzadə 19 kq narkotiklə tutuldu
Bu Mərkəzə direktor təyin edildi
Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto
“Medeks“ 2 ildə 3 milyonluq tenderi necə qazanıb?
“Jasmine Park”ın “kupça” oyunu: Əlavə pul qazanır
Bakıda ŞOK: Məktəbin həyətində yaşayış binası tikdilər
Ukrayna “Şahed”i tutacaq pilotsuz uçan aparatı təqdim edib
Azərbaycanda orqan mafiyası ilə bağlı ŞOK İDDİA
Ukrayna “Türk axını” qaz kəmərinə hücum edib


05.12.2020  20:07 

Reza Deqati bu dəfə Kəlbəcəri çəkdi - Fotolar





A+  A-

“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati noyabrın 25-də erməni işğalından azad edilmiş Kəbəcərə səfər edib.
XəzərNews.az xəbər verir ki, Deqati sosial şəbəkədə Kəlbəcərin füsunkar gözəlliyini əks etdirən fotoları paylaşaraq yazıb:

“Kəlbəcərin əbədi gözəlliyi böyük sürpriz oldu. Biz Murov dağ aşırımına – 3840 metr yüksəkliyə çatanda Kəlbəcərin nəfəs kəsən gözəlliyinə heyran qaldım.

Azərbaycan əsgərinin burada keşik çəkməsi mənə mənə müharibəni və bu regionun erməni ordusu tərəfindən 30 il boyunca faciəvi şəkildə işğal altında qalmasının sona çatdığını xatırlatdı.

1993-cü ildə on minlərlə dinc sakin məcburi köçkün düşdü. Onlar soyuq qışda bu aşırımları aşmağa məcbur oldular, bir çox hallarda erməni əsgərlər onların əşyalarını, o cümlədən qadınların zinət əşyalarını və ayaqqabılarını aldılar. Sağ qalmaq üçün onlar dağı ayaqyalın keçməli oldular, bu, ölüm hökmü idi. Köçkünlərin çoxu ayaqları donmuş vəziyyətdə gəldi.

Bölgə bu yaxınlarda azad edildi və ermənilər işğal etdikləri torpaqları binaları, təbiət landşaftları yandıraraq, məhv edərək, heyvanları öldürərək tərk etdilər.

Bu gün Murov dağında bütün bunları unutmaq və sadəcə ana təbiətin əbədi gözəlliyinə baxmaq istəyirdim”.










Xəbər 3572 dəfə oxunub.




09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi

09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +