Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


31.01.2019  11:36 

Bu gecə kiçik çillə başlayır





A+  A-

Xalq təqviminə görə, qış fəsli əsasən 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün isə boz ay adlanır.
XəzərNews.az-ın məlumatına görə, dekabrın 22-dən başlayan böyük çillə artıq yekunlaşıb və bu gündən etibarən nisbətən daha soyuq sayılan kiçik çillə başlayır. Adətən bu zamanda havalar kəskin soyuduğu üçün bu dövr el arasında “qışın oğlan çağı” da adlandırılır.

Lakin kiçik çillənin daha soyuq olması ilə bağlı məlumatlar hər hansı bir elmi əsaslara söykənmir. Çillələrdə havaların necə keçməsi ilə bağlı fikirlər sadəcə xalq müşahidələrinin nəticələridir.

Məlumat üçün onu da bildirək ki, qışın böyük və kiçik çillələrinin olması məsələsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. Başqa xalqlarda qış bu formada mərhələlərə bölünmür.

Xəbər 1523 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +