Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


07.08.2017  13:21 

Temperatur 42 dərəcəyə kimi yüksələcək





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 08-də hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 36-41, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Avqustun 08-09-da Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Xəbər 1574 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +