Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


10.06.2019  10:07 

Futbolda yeni qayda





A+  A-

UEFA, Beynəlxalq Futbol Federasiyalar Birliyi (FIFA) və Beynəlxalq Futbol Birliyi Heyəti (IFAB) futbolda yeni qayda tətbiq etmək istəyir.
XəzərNews.az “Sky Sports”a istinadən xəbər verir ki, həkimlərin üzərindəki təzyiqi azaltmaq üçün meydanda beyin sarsıntısı keçirən futbolçunun oyuna davam etməsi əngəllənəcək. Onun yerinə başqa oyunçu meydana daxil olacaq.

UEFA-nın prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının yarımfinalı çərçivəsində keçirilmiş “Tottenhem” – “Ayaks” matçı zamanı bunu düşündüyünü deyib. O, “Tottenhem”in müdafiəçisi Yan Vertongenin beyin sarsıntısı keçirməsinə rəğmən, oyunu davam etdirməsindən qorxduğunu bildirib:

“Vertongenə nəsə olacağından qorxdum. Çünki oyuna geri dönəndə də özünü yaxşı hiss etmirdi. O, meydanda ölə də bilərdi”.

“Bu yöndə qaydada dəyişiklik meydana gətirmək üçün FIFA ilə görüşəcəyik. FIFA da bunu həll etməyə çalışır. Əgər futbolçulara nəsə olsa, ömrümüzün sonuna qədər peşman olacağıq. Əgər bir futbolçunun ehtiyacı varsa, ona yardım edilməlidir. Qaydalardakı dəyişiklik oyuna təsir etməyəcək” - deyə Çeferin qeyd edib.

Xəbər 1634 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +