Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


25.12.2018  17:06 

Tural Gəncəliyev: “Erməni icması ilə dialoqa hazırıq”





A+  A-

“Biz “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin fəaliyyətini daha da aktivləşdirməyə çalışacağıq. Azərbaycanın daxilində, xüsusilə də ölkə xaricində keçiriləcək tədbirlərdə - beynəlxalq konfranslarda, simpoziumlarda aktivliyimizi artıracağıq. Ermənilərin yalan məlumatlarının ifşa edilməsi istiqamətində işlərimiz davam etdiriləcək”.
XəzərNews.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni sədri Tural Gəncəliyev deyib.

T.Gəncəliyev qeyd edib ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ermənilərlə dialoqa hazırdır:

"Təəssüflər olsun ki, Ermənistanda Serj Sarkisyan rejimi buna imkan yaratmırdı. Ümid edirik ki, yeni mərhələdə münaqişənin tənzimlənməsi prosesində erməni icması ilə təmaslar quracağıq, konstruktiv dialoqa başlayacağıq. Əsas məqsədimiz Azərbaycanın torpaqlarını işğaldan azad etmək, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını təmin etmək, dağıdılmış tarixi, mədəni, dini abidələri bərpa etməkdir. Bizim doğma yurdlarımıza qayıdaraq erməni icması ilə birlikdə yaşamaq əzmimiz var, buna daim hazırıq. Təbii ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər”.

Xatırladaq ki, bu il dekabrın 20-də Birliyin II qurultayı keçirilib. Qurultayda Birliyin (İcmanın) yeni İdarə Heyəti təsdiqlənib.

Qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər. Birliyin T.Gəncəliyevdən əvvəl isə sədri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov olub.

Xəbər 1594 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +