Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


09.03.2018  16:48 

Bir gündə 6 üzvü ölən ailənin oğlu DANIŞDI: “Deyilənlər yalandır”





A+  A-

Sumqayıtda bir ailənin 6 üzvünün dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra Sumqayıt şəhər Sülh küçəsi, 5-ci məhəllədə yerləşən binada yaşayan Füzuli rayonu, Kərimbəyli kənd sakinləri, 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, həyat yoldaşı 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, qızı 1987-ci il təvəllüdlü Sara Hüseynova və nəvələri 2009-cu il təvəllüdlü Fərid Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Abbasovanın keçən həftənin şənbə gününə keçən gecə qazdan boğularaq öldüyü müəyyənləşib. Onların vəfat etməsi ilə bağlı xəbər polisə bazar günü verilib və dərhal Hüseynovlar ailəsinin Bakıda yaşayan tək oğlu Kamala bu barədə məlumat verilib.

Bakıda nazirliklərdən birində işləyən Kamal Hüseynov ailə üzvlərinin 1 həftə əvvəldən vəfat etməsi və onlarla heç kimin əlaqə saxlamaması ilə bağlı deyilənləri təkzib edib. O deyib ki, hadisənin sabahısı günü bu barədə xəbər alıb.

Bu arada o da məlum olub ki, bədbəxt hadisə nəticəsində vəfat edən Sara Hüseynova bir müddət əvvəl həyat yoldaşı Qüdrət Abbasovdan rəsmən boşanıb. O, 3 uşağı ilə birgə valideynlərinin himayəsində yaşayırmış. Hadisədən sonra o, da həmin evə gəlib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq — ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 1423 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +