Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


26.09.2017  21:09 

“Kütləvi ixtisar söhbəti yalandır” - Azər Xəlilov





A+  A-

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov telekanalın əməkdaşının kütləvi şəkildə işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, A. Xəlilov APA-ya açıqlamasında bildirib ki, işçilərin kütləvi şəkildə işdən çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilməyib.

Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir: “Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm”.

A. Xəlilov qeyd edib ki, Turan İbrahimovun aparıcısı olduğu “ATV Səhər” verilişinin yayımı dayandırılıb: “Vüqar Qaradağlının rəhbərlik etdiyi administrasiyadan mənə bildirilib ki, Turan İbrahimovun aparıcısı olduğu verilişin yayımı hələ bu gün səhər saatlarında dayandırılıb. Bundan əlavə, Azər İsmayılovun aparıcısı olduğu “Yoxlama” verilişi də qapadılıb. Əlbəttə ki, bu verilişlərin yayımı dayandırılıbsa, Turan İbrahimov və Azər İsmayılov işdən azad ediləcəklər. Onların telekanalda çalışmalarına ehtiyac qalmayacaq”.

Qeyd edək ki, bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

Onun yerinə A. Xəlilov təyin olunub.

A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

Xəbər 1178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +