Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


26.09.2017  15:12 

Demet Akalın Aygündən oğurluq edib? - Star TV-dən iddia





A+  A-

Türkiyənin məşhur maqazin verilişində şok iddia irəli sürülüb.
XəzərNews.az xəbər verir ki, Star TV-də yayımlanan “Duymayan kalmasın” proqramı Demet Akalının son “Damga damga” klipinin Kazımovanın konsert anonsunun plagiatı olduğu iddia edilib.

“Oğurluq klip” iddiası ətrafında müzakirə təşkil olunub, iki ekran işi barədə sujet təqdim edilib. Bildirilib ki, məsələni guya Azərbaycan qəzetləri ortaya atıb.

Sujetdə Aygün Kazımovanın Demetdən daha cəsarətli və dəbdəbəli geyindiyi qeyd olunub.

Verilişin moderatorlarından biri Seren Serengil müzakirənin mənasız olduğunu bildirib:

“Müzakirə mənasızdır. Vaxtımızı boşuna xərclədik. Sonsuzluq, qayalıq, çöl əraziləri bir çox məşhurun klipində yer alıb. Burada sadəcə bənzərlik qaya və buludlardır. Aygün Kazımovanın da klipi çox gözəldir. Demetin heç bundan xəbəri yoxdur. Buradan bütün qardaşlarımızı salamlayıram, onların mahnılarından ötrü ürəyim gedir”.

Digər şərhçi Cengiz Semercioğlu isə iki ekran işində bənzərliyin olmadığını deyib:

“100 fazidən cəmi 3 faiz bənzərlik var. Bunun kimi 10 klip var. Aygün Azərbaycanın sevimli ulduzudur. Azərbaycan qəzetləri belə bir şey yazıb”.

Xəbər 1623 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +