Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


08.09.2017  09:07 

Bakıda yollar bağlandı, yüzlərlə insan küçələrdə qaldı





A+  A-

Binəqədi qəsəbəsində yolların bağlı olması səbəbindən paytaxtın “Azadlıq prospekti” metrostansiyası ətrafında 300-dən çox sərnişin küçələrdə qalıb.
XəzərNews.az-ın “Ölkə.az”a istinadən məlumatına görə, sərnişinlər bir saatdan çox müddət ərzində dayanacaqda avtobus gözləyiblər.

Yolların bağlı olması səbəbindən böyük tıxac yaranıb və avtobuslar lazımı ünvana vaxtında çata bilməyiblər.

Avtobusdan ümidini üzən sərnişinlər mənzil başına piyada getməyi üstün tutublar.

***

Binəqədi rayon Polis İdarəsindən bildirilib ki, əraziyə post-patrul xidmətinin, eləcə də, yol polisi əməkdaşları cəlb olunub.

“Ərazidə böyük tıxac yaranıb. Tıxacın aradan qaldırılması istiqamətində işlər görülür”, – deyə idarədən bildirilib.

Qeyd edək ki, tıxaca Binəqədi istiqamətində yollarda gedən təmir-tikinti işləri səbəb olub. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, təmir işlərinin nə zaman yekunlaşacağı barədə məlumatsızdır.

“Binəqədi rayonu ərazisində, Binəqədi kəndi istiqamətində yollarda təmir işləri aparılır. Yollarda kommunikasiya xətləri çəkilir. Ola bilər ki, bu səbəbdən də, rayon ərazisində tıxac yaranıb. Yol bizim balansımızda olsa da, ərazidə təmir işlərini biz aparmırıq. Gözləyirik ki, işlər yekunlaşsın və həmin istiqamətdə yolları əsaslı təmir edək. Çünki həmin ərazidə yollar sıradan çıxıb. Yolların əsaslı təmir olunmasına ehtiyac var”, - deyə Anar Nəcəfli qeyd edib.

Xəbər 1434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +