Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


28.12.2018  16:43 

1 milyon ödədi, azadlığa buraxıldı





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınmada təqsirləndirilən Xanlar Cəfərova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə X. Cəfərova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

X. Cəfərov vergiyə və zərərçəkmişlərə dəyən ziyanı ödəyib.

İttihama görə, X.Cəfərov külli miqdarda dələduzluqda və 1 milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir. X.Cəfərovun rəhbəri olduğu “Avro Qrand” şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.

Bir müddət sonra müəyyən olunub ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb.

Xəbər 1375 dəfə oxunub.




16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +