Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


10.09.2018  18:06 

Ərini öldürən qadın hakim qarşısında





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini meyvə qabı ilə vurub öldürməkdə təqsirləndirilən 23 yaşlı Tünzalə Vəliyevanın məhkəməsi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Müdafiə tərəfi ittiham aktını almadığını bildirib. Buna görə də proses sentyabrın 17-də davam etdiriləcək.

İttihama görə, 2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.

İki azyaşlı körpə anası olan Tünzalə Vəliyeva ərinin onu hər gün döydüyünü bildirib: “Nazimin evə çox vaxt içkili gəlməsindən bezmişdim, məni hər gün döyürdü, təhqir edirdi. Həmin də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım".

T.Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.

Xəbər 1492 dəfə oxunub.




16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +